Vaxt.Az

Tanrıya kredit vermədilər...


 

... O da məhkəməyə müraciət etdi

Tanrıya kredit vermədilər... ABŞ-da qeyri-adi bir hadisə yaşanıb. Adı «Tanrı» olduğu üçün kredit ala bilməyən Qod Qazarov məhkəməyə müraciət edib.

ANS PRESS-in xəbərinə görə, Nyu-Yorkda adı Qod (God - ing. Tanrı) Qazarov olan ABŞ vətəndaşı bir kredit reytinqi agentliyinin sistemində adında çıxarılan problemə görə kredit sənədi ala bilməyib. 

Kredit sənədi ala bilməyən rus əsilli Qod Qazarovun 26 yaşında olduğu və Brayton çimərliyində zərgərlik etdiyi deyilir. Adı «Tanrı» olduğu üçün kredit ala bilməyən Qod Qazarov məhkəməyə müraciət edib. 

Qod Qazarov hətta «Equifax» müştəri nümayəndəsinə səhvi düzəltmək üçün adını dəyişdirməyi belə təklif etsə də, nəticəsiz qalıb. Bruklin kollecinin məzunu olan Qod Qazarov, həmçinin kredit balının yüksək olduğunu iddia edib.

 





12.04.2014    çap et  çap et