Vaxt.Az

Xameneyi odla-su arasında


 

Getsə nüfuzundan olacaq, getməsə canından

Xameneyi odla-su arasında ABŞ prezidenti Donald Tramp İran fars-molla rejiminin söz sahibi Xameneyiyə xəbərdarlıq məktubu göndərib. Məktubda “İranın nüvə silahı əldə etmək variantı yoxdur, ümid edirəm Tehran razılaşmaya başlayar” cümləsi yer alıb.

Əslində məktub indiki prezident Pezeşkiana göndərilməli idi. Bir başa Xameneyiyə göndərilmə səbəbi, 5 gün əvvəl Pezeşkianın son çıxışı olub: “Biz ABŞ-la danışıqlara getməliyik, mən cəhd elədim, Xameneyi icazə vermədi”.

Burda Pezeşkian bütün məsuliyyəti yıxdı Xameneyinin üstünə. Sabah savaş başlasa, qan tökülsə heç kim prezidentin üstünə getməyəcək. Pezeşkian xalqını qorumağa can atan ağıllı siyasətçidir.

Tramp isə məktubunda danışıqlar tərəfdarı olduğunu bildirərək Xameneyini iki tərəfdən tələyə salıb.

Xameneyi razılaşmaya getsə tüpürüyünü yalamış olur. Çünki rəsmi müsahibəsində, Amerika ilə danışıqları axmaqlıq adlandırıb. Bu sonun başlanğıcıdır. Xalq gözündə hörməti yoxdur, hərbiçilər arasında da hörməti düşəcək.

Xameneyi razılaşmaya getməsə İsrail bombaları rahat yağdıra bilər. Yenə günahkar baş molladır. Qüruruna qapanıb, xalqı qırğına verdi. Ölkənin olan qalan iqtisadiyyatını çökdürdü. Hansı ki, Tramp danışıq üçün bir başa özünə məktub yazmışdı.

P.S. Çox adam soruşurdu İsrail son zamanlar topladığı o ağır bombaları nə ilə atacaq? ABŞ B-52 bombardmançılarını İsraildə artırıb. Həmçinin “Harry Truman” təyyarədaşıyan gəmisini təcili təmirdən çıxardıb Qırmızı dənizə göndərib.

 





14.03.2025    çap et  çap et