Vaxt.Az

Putinə gözlənilməz cavab...


 

Ukrayna ödəməni dayandırır

Putinə gözlənilməz cavab... Rəsmi Kiyev rəhbərliyi mavi qazın qiymətini artıran Rusiyaya qarşı çıxaraq ödənişləri dayandırmaq barədə qərar verib. «Axar.az» xəbər verir ki, Ukraynanın dövlət təbii qaz şirkəti «Naftoqaz»ın İdarə heyəti rəhbəri Andrey Kobolev açıqlamasında mavi qazın qiyməti haqqındakı müzakirələr yenidən başlayana qədər Rusiyaya ödənişləri dayandırdıqlarını açıqlayıb.

Kobolev Rusiyanın mavi qazın qiymətini qaldırmasında heç bir səbəb görmür: «500 dollar məbləğində olan qiymətin bazar tərəfindən təyin olunmadığını düşünürük, bu ədalətli olmayan və qəbul edilə bilməz bir vəziyyətdir. Rusiyanın mavi qazın qiymətini qaldırması üçün heç bir səbəb görmürəm».

Qeyd edək ki, Rusiya ayın əvvəlində min kub metrlik mavi qazın qiymətini 268 dollardan 485 dollara qaldırıb və Ukraynanın ölkəyə olan mavi qaz borcunu ödəmədiyi üçün bu ölkəyə etibarını itirdiyini bəyan edib.

Maliyyə baxımdan böyük bir böhranın astanasında olan Ukraynanın Rusiyaya 2 milyard 200 milyon dollar mavi qaz borcu var. Rusiya prezident Vladimir Putin aprelin 11-də bunları əsas gətirərək mavi qazın tamamilə kəsilə biləcəyini və ya azaldılması istiqamətində addım atacaqları barədə xəbərdarlıq etmişdi.

 





13.04.2014    çap et  çap et