Zelenski sosial media hesabından verdiyi yazılı açıqlamada ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 30 günlük atəşkəs təklifini dəyərləndirib.
Ukraynanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda ABŞ-ın təqdim etdiyi “30 günlük fövqəladə atəşkəs” təklifini qəbul etdiyini xatırladan Zelenski bunun müharibənin sona çatmasında mühüm mərhələ ola biləcəyini bildirib.
Sözügedən təkliflə bağlı Putinin dünənki açıqlamalarına da toxunan Zelenski, Putinin bəzi şərtlər qoyduğunu bildirərək, “O, atəşkəs istəmir. Onun müharibəyə ehtiyacı var. Bu, hər zaman aydın olub və indi də aydındır”, – deyib.
ABŞ-ın Rusiyaya təzyiq göstərməsi lazım olduğunu iddia edən Zelenski, “Putin özü müharibəni bitirməyəcək, amma Amerikanın gücü onu buna məcbur etmək üçün kifayətdir”, – deyib.
Rusiya lideri Putinin “müharibəyə son qoymaq üçün diplomatiyanın uğursuzluğa düçar olması üçün mümkün olan hər şeyi. Putin bu müharibədən çıxa bilməz, çünki o zaman əlində heç nə qalmayacaq”, – Zelenski deyib.
Putinin daha əvvəl Minsk danışıqlarında danışıqlar prosesini qəsdən uzatmağa çalışdığını bildirən Zelenski, “Putinin irəli sürdüyü hər şərt hər cür diplomatiyanın qarşısını almaq cəhdidir. Rusiya belə işləyir”, – dedi.
Atəşkəsi təmin etmək üçün ABŞ tərəfi ilə effektiv və tez işləməyə hazır olduqlarını vurğulayan Zelenski, “Biz müharibə oyunları oynamaq istəmirik. Müharibənin hər günü xalqımız üçün can itkisidir və bu, bizim ən qiymətli şeyimizdir”, – deyib.