İsveç hökuməti məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib. Tətbiqin 2026-cı il iyulun 1-dən başlayacağı açıqlanıb.İsveçin təhsil naziri Lotta Edholm bu barədə qərarı keçirdiyi mətbuat konfransında açıqlayıb.
Edholm, tələbələrin cib telefonlarının sinfə girməzdən əvvəl toplanacağını və seyfdə kilidlənəcəyini, müəllimlərin isə mobil telefonlarını uyğun gördükləri yerə qoyub dərs zamanı istifadə etməyəcəklərini bildirib.
Edholm məktəblərdə smartfonlara qadağanın 2026-cı il iyulun 1-dən başlayacağını açıqlayıb.
çap et