Vaxt.Az

Avropa ölkəsində irqçi davranışlar


 

2024-cü ildə Fransada dini və etnik cinayətlər artıb

Avropa ölkəsində irqçi davranışlar Fransada 2024-cü ildə ümumilikdə 16 min irqçilik, ksenofobiya və din əleyhinə cinayətlərdən 9400-nün yüksək və orta səviyyəli cinayətlər kateqoriyasına düşəcəyi, bu rəqəmin 2023-cü illə müqayisədə 11 faiz artdığı bildirilib.

Daxili İşlər Nazirliyinin Statistika Xidməti DSMF 2024-cü il üçün ksenofobiya və din əleyhinə cinayətlərə dair hesabatını açıqlayıb.

Hesabatda qeyd olunub ki, 2024-cü ildə Fransada polis və jandarm ümumilikdə 16 min irqçi, ksenofobiya və din əleyhinə cinayətlər qeydə alıb ki, bu da 2023-cü illə müqayisədə 11 faiz çoxdur.

Bildirilib ki, bunlardan 9400-ü yüksək və orta dərəcəli cinayətlər, 7000-i isə yalnız cərimə ilə nəticələnən cinayətlərdir.

Hesabatda orta səviyyəli cinayət kateqoriyasına daxil olan irqçi cinayətlərin 58 faizinin təhqir, təxribat və ya ictimai alçaldılma formasında olduğu bildirilib.

Hesabatda qurbanların əksəriyyətinin kişilər, 25-54 yaşları arasında və dəqiqləşdirilməmiş Afrika mənşəli əcnəbilər olduğu, paytaxt Parisdə irqçi cinayətlərin nisbətinin ölkənin qalan hissəsi ilə müqayisədə 3-4 dəfə çox olduğu qeyd edilib.

 





14.03.2025    çap et  çap et