Vaxt.Az

“Görünməmiş müharibə olacaqdı”


 

Tramp Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlamasında 2 ölkənin adını verdi

“Görünməmiş müharibə olacaqdı” Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya və Ukraynadan şad xəbərlər aldığını deyən ABŞ prezidenti Donald Tramp “Rusiyanı çətin də olsa, razı salmaq olar. Hər şey Üçüncü Dünya müharibəsinə doğru gedirdi”, – deyib.

ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə səfəri zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı açıqlama verib.

***

Tramp: “Bu gün Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlarımız oldu. Yaxşı xəbər aldım. Ukrayna atəşkəsi qəbul etdi, çətin olsa da, Rusiyanı da razı sala bilərik. Yaxşı cavablar alırıq”. danışdı.

Tramp keçmiş prezident Co Baydeni Ukraynadakı müharibəyə görə də tənqid edərək, “O, bizi heç vaxt Rusiyaya qarışmamalıydı. Bayden heç vaxt bu müharibəyə icazə verməməli idi. Pulunuz çox olsa belə, özünüzdən çox böyük birinə sataşa bilməzsən”.

Tramp hər gün təxminən 2 min gəncin müharibə səbəbindən həyatını itirdiyini bildirib və qeyd edib:

“İndi vəziyyət daha yaxşıdır. Bütün hadisələr III Dünya Müharibəsinə doğru gedirdi. Əks halda nüvə silahları və insanların haqqında heç nə bilmədiyi digər silahların istifadə olunduğu tayı bərabəri olmayan, görünməmiş bir müharibə ola bilərdi”.

 





15.03.2025    çap et  çap et