Vaxt.Az

“Almaniya geri döndü”


 

Fredrix Merz: “Biz özümüzü müdafiə edə bilərik”

“Almaniya geri döndü” Fevralın 23-də keçirilən seçkilərin nəticələrinə görə birinci olan Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial Birliyinin (CSU) ortaq namizədi, kansler vəzifəsinə başlaması gözlənilən Fredrix Merz Almaniya və Avropanın təhlükəsizliyi ilə bağlı açıqlama verib: “Tərəfdaşlarımıza və azadlığımızın düşmənlərinə aydın mesaj: özümüzü müdafiə etmək qabiliyyətimiz var”.

Almaniyada hökumət qurmaq üçün koalisiya danışıqlarını davam etdirən Merz, qəbul olunması planlaşdırılan büdcəyə Yaşılların (Die Grüne) müsbət yanaşdığını bildirib.

Sosial Demokrat Partiyasının (SPD) iştirakı və Yaşılların dəstəyi ilə koalisiya hökuməti qurmağı planlaşdıran Merzin 500 milyard avroluq müdafiə və infrastruktur fondu yaratmaq üçün də dəstək aldığı bildirilir.

Merzin təcili olaraq müdafiə və infrastruktur sərmayələrini artıracaq büdcəni qəbul etməyi planlaşdırdığı və bu qərarda ABŞ prezidenti Donald Trampın Avropanın müdafiəsi ilə bağlı açıqlamalarının təsirli olduğu məlumdur.

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini müdafiə sərmayələrini artırmağa çağırıb və sərmayə qoyulmayacağı təqdirdə Avropanı müdafiə etməyəcəyini bəyan edib.

Avropanın müdafiəsinə sadiqliyini ifadə edən Fridrix Merz, “Almaniya geri döndü və Avropada azadlıq və sülhün müdafiəsinə mühüm töhfə verir”, – deyib.

Merz çıxışında, “Bu, həm tərəfdaşlarımıza, həm də azadlığımızın düşmənlərinə aydın mesajdır: biz özümüzü müdafiə edə bilərik”, – deyib.

 





15.03.2025    çap et  çap et