Rubio, ABŞ Xarici İşlər Nazirliyi tərəfindən paylaşılan yazılı açıqlamada, Çinin Uyğur türklərini zorla geri göndərmələri üçün hökumətlərə təzyiq etməsinə qarşı olduqlarını bildirib.
Rubio, uyğurların və təhlükəsizlik baxımından narahatlıq yaradan digər etnik və dini qrupların deportasiyasından məsul olan bütün xarici dövlət rəsmilərinə viza məhdudiyyətlərinin tətbiq ediləcəyini və bu praktikanın fevralın 27-də 40 uyğur türkünü deportasiya edən Tayland hökumət rəsmiləri ilə başlayacağını açıqlayıb.
ABŞ dövlət katibi bütün hökumətləri uyğurları və digər etnik qrupları Çinə geri göndərməməyə çağırıb.