Arkanzas, İllinoys, Missisipi və Missuri ştatlarının bəzi hissələrinə güclü fırtınalar gətirən aşağı təzyiq sistemi dünən axşamdan bu gün səhərə qədər 26 tornado meydana gətirib.
***
“Bu gün Alabama və Missisipidə daha çox tornado üçün yüksək risk var. Şans 30 faizdir. Bu olduqca əhəmiyyətlidir”, – Milli Hava Mərkəzinin meteoroloqu Devid Rot deyib.
Sinoptiklər fikrincə, fırtınalar yenidən gücləndikcə, tornado və şiddətli tufan riskinin güclənəcəyi bu gecə olacağını deyib. Milli Meteoroloji Xidmətin məlumatına görə, tufan gün ərzində şərqə doğru hərəkət edərək gecə yarısı Florida Panhandl və Atlanta şəhərlərinə çatacaq.