Vaxt.Az

19 milyardlıq müqavilədən imtina


 

Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər

19 milyardlıq müqavilədən imtina Kanadanın müdafiə naziri Bill Bleyr bildirib ki, ölkəsi ABŞ-dan “F-35” qırıcıları almaq üçün 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantlar axtara bilər.

Kanada Yayım Korporasiyasının (CBC) məlumatına görə, Bleyr 2023-cü ilin iyun ayında ABŞ-dan 88 ədəd “F-35” döyüş təyyarəsi alınması üçün imzalanan müqavilə ilə bağlı açıqlama verib.

Bleyr bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən tariflərlə təhdid edilən Kanada 19 milyard dollarlıq müqavilədən çıxmaq və təyyarələri alternativ mənbələrdən almaq kimi variantları nəzərdən keçirir.

Ödənişi alınan və 2026-cı ildə təhvil verilməsi gözlənilən 16 “F-35”dən imtina edə bilməyəcəyini deyən Bleyr, “Biz digər alternativləri və bütün döyüş təyyarələrinin “F-35” olub-olmamasını araşdırırıq”, – deyib.

Bleyr donanmanın qalan hissəsinin Avropa şirkətlərindən alınan təyyarələrdən ibarət ola biləcəyini və Kanadada təyyarə hissələrinin yığılması kimi variantların da nəzərdən keçirildiyini qeyd edib.

 





15.03.2025    çap et  çap et