Lahor şəhərində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Fondun xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.
Daha sonra səfir Heydər Əliyev fondunun
adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim edib, Ancuman Süleymaniya
məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib.
Ancuman Süleymaniya məktəbinin
vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz öz
çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət
və qayğıya görə dərin minnətdarlığını bildiriblər. R.X.Mustafa, Mehriban xanımının
kimsəsiz uşaqlara göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə
sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu
bildirib.
Məktəbin icraçı direktor Şahida Riaz
çıxışında, Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına
məlumat verərək bildirilmişdir ki, 100 nəfərdən çox sakini olan kimsəsizlər
evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır,
zəruri tibbi yardım ilə təmin edilirlər. Hal hazırda uşaqlar evində yenidənqurma
işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd
edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə
yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib.
Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış
uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar ifa etmişlər.
Mərasimin rəsmi hissəsindən sonra tədbir
iştirakçıları uşaqlar evinın yaşayış və tədris binaları ilə, burada aparılan
yenidənqurma işləri ilə tanış olmuşlar.
Tədbirin sonunda, D. Şikarov, tədbirə qatılmış Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə verib. Müsahibədə səfir Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti haqqında danışıb.