Vaxt.Az

ABŞ-ı təhdid etdi


 

Trampın məktubuna İrandan gecə yarısı cavab

ABŞ-ı təhdid etdi İranın xarici işlər naziri Abbas Araqçı ölkəsini təhdid edən və Tehranı Yəməndə husilərə dəstəyi dayandırmasını tələb edən ABŞ prezidenti Donald Trampı sərt tənqid atəşinə tutub... Husilər “Hücumlar cavabsız qalmayacaq” deyərək açıqlama da verib.

Araqçı, “X” sosial media hesabından paylaşdığı mesajda, “ABŞ hökumətinin İranın xarici siyasətini diktə etmək səlahiyyəti və vəzifəsi yoxdur. Bu dövr 1979-cu ildə başa çatdı. Keçən il Bayden İsrailə 23 milyard dollar vermək üçün aldadıldı”, – yazıb.

***

Tramp həmçinin İran hökumətinə çağırışında, “Husi terrorçularına dəstək dərhal dayandırılmalıdır. Amerika xalqını və prezidentini təhdid etməyin, əgər təhdid edirsinizsə, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və biz bu məsələdə yumşaq davranmayacağıq”, – deyilir.

***

Abbas Araqçı ölkəsini təhdid edən və Yəməndə husilərə dəstəyini dayandırmasını tələb edən ABŞ-a “İsrail dəstəyini dayandırın. Yəmən xalqını öldürməyi dayandırın”, – deyə cavab verib.

ABŞ prezidenti Tramp dünən “Truth Social” hesabında Yəməndə husilərə qarşı hərbi hücuma keçdiklərini açıqlayıb.

***

ABŞ prezidenti Donald Trampın verdiyi əməliyyat əmrindən sonra Yəməndə hücumların hədəfi olan İranın dəstəklədiyi husilər də sükutu pozub.

Husilərin siyasi ofisindən verilən açıqlamada Yəmənin ABŞ və Böyük Britaniyanın hücumlarının hədəfi olduğu və bu hücumların “tam hüquqlu müharibə cinayəti” olduğu bildirilib. Açıqlamada, “Hücumlar cavabsız qalmayacaq. Yəməndəki silahlı qüvvələrimiz hücumlara cavab verməyə hazırdır”, – yazılıb.

Bəyanatda qeyd olunub ki, Yəməndə mülki şəxsləri hədəf alan hücumlar “ABŞ-ın ona qarşı çıxan ölkələr və xalqlara qarşı terrorunun əlavə sübutudur”.

 





16.03.2025    çap et  çap et