Çinin “Uçan köpəkbalığı” ləqəbli “Shenyang J-15” çoxməqsədli döyüş təyyarəsi Haynan əyalətində təlim zamanı qəzaya uğrayıb.
Bildirilir ki, pilot təyyarə qəzaya uğramazdan əvvəl katapulta ilə tullanaraq qəzadan xilas olub.
Təyyarənin boş əraziyə düşdüyü və can itkisinin olmadığı açıqlanarkən, qəza ilə bağlı araşdırma başladılıb.
“Shenyang J-15” döyüş təyyarəsinin bazar dəyəri 61 milyon dollardır.
çap et