İstanbul, Antalya və Mersin polisi və kəşfiyyat qüvvələri 5 casusun tutulması üçün İstanbul Respublika Baş Prokurorluğundan həbs qərarı çıxarıb.
Türkiyə təhlükəsizlik mənbələri, “həbs qərarında müttəhimlərin Türkiyədəki hərbi bazalar və həssas bölgələr və Türkiyə xaricindəki mühüm məntəqələr haqqında məlumat topladığı və bu məlumatları SEPAH-a bağlı kəşfiyyat qurumlarına ötürdüyü”, – bildiriblər ki.
Bu səbəbdən də şübhəlilərin “hərbi və siyasi casusluq”da ittiham edildiyi bildirilib.
Casus hücrənin ifşası Türkiyə ilə İran arasında gərginliyin artdığı, Suriyadakı hadisələrlə bağlı iki ölkə arasında kəskin fikir ayrılığının olduğu bir vaxta təsadüf edib.