Bundan əvvəl “Amerikanın Səsi”nin demək olar ki, bütün heyəti — 1300-dən çox əməkdaş — inzibati məzuniyyətə göndərilib. Medianın direktoru Maykl Abramoviç bildirib ki, əməkdaşların işdən uzaqlaşdırılması işin davam etdirilməsini mümkünsüz edir və islahatların zəruriliyini vurğulayıb.
“83 il ərzində ilk dəfədir ki, “Amerikanın Səsi” susur”, – deyə o bildirib.
Eyni zamanda, “Azadlıq Radiosu” Konqres tərəfindən təsdiqlənmiş qrant vasitəsilə maliyyələşmənin dayandırılmasından sonra fəaliyyətini dayandırdığını açıqlayıb.
“Moskva və Minskdəki avtokratlar “Azadlıq Radiosu”nun 75 illik fəaliyyətindən sonra bağlanmasını qeyd edəcəklər”, – təşkilatın bəyanatında deyilir.
Bu hadisə, Donald Trampın “Azadlıq Radiosu” və “Amerikanın Səsi”ni nəzarətində saxlayan ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı verdiyi fərmandan sonra baş verib. Ağ Evin saytında yayımlanan sənəddə bu qurumların fəaliyyətinin qanunla tələb olunan minimal funksiyalarla məhdudlaşdırılması göstərişi verilib.