Dünyanın ən böyük axtarış sistemlərindən olan «Google» Krımı Rusiyaya Verdi. »Google»un xəritə xidməti göstərən «Maps» tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib.
Qəribədir ki, bu sadəcə «Google»nin rus
səhifəsində belədir. Digər dillərdə olan xəritələrdə isə Ukrayna ilə Krımı
ayıran xət kəsik-kəsik göstərilib.
Qeyd edək ki, «Google» analoji «əliaçıqlığı» Abxaziya üçün göstərməyib. Çünki Abxaziya ilə Gürcüstan arasındakı sərhəd hələ də qırıq-qırıq xətlə göstərilir.
çap et