Bir vaxtlar özündən 23 yaş kiçik Ukrayna liderini oğlu kimi gördüyünü iddia edən Lukaşenko ona qarşı sərt ifadələr işlədib: “Volodya mənim üçün oğul kimi idi, amma o, özünü pis oğlu kimi aparırdı”.
2023-cü ildə Belarusdakı aviabazaya PUA hücumu nəticəsində Rusiyanın “A-50” kəşfiyyat təyyarəsi vurulduqdan sonra o, Ukrayna liderini “alçaq” adlandırıb və Kiyevin amerikalıların tələbi ilə hərəkət edərək Minski müharibəyə cəlb etməyə çalışdığını iddia edib.
Lukaşenko Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ukraynadakı müharibəni də şərh edib. Rusiya ilə ortaq mövqedə olduqlarını xatırladan Lukaşenko buna sadiq olduqlarını vurğulayıb.
Lukaşenko xatırladıb ki, münaqişənin lap əvvəlində o, döyüşmək deyil, konsensusa çağırıb və bunu Zelenskiyə deyib, onu müharibəyə görə məsuliyyət daşımaqda günahlandırıb.
Mən ondan soruşdum: “Unutma, sabah Amerikada hökumət dəyişəcək və sən harada olacaqsan?”, – dedim.
Qərbin Zelenskini müharibəyə sövq etdiyini iddia edən Lukaşenko üç slavyan ölkəsinin (Rusiya, Ukrayna, Belarus) ortaq iradə çərçivəsində razılığa gəlməsini iddia edib: “Ukraynalılar çoxdan atəşkəs bağlamalı və danışıqlar masasına oturmalı idilər. Baxın, heç kim Ukraynaya kömək etməyəcək. Amerikalılar bu məsələni nadir torpaqlar üzərində müharibənin əvvəlində qaldırmışdılar? Yox. Amma indi gətirdilər. Qara torpaqları və nadir torpaq elementlərini götürəcəklər. Allah eləməsin, qalan hər şey onların əlindən alınacaq.