Vaxt.Az

... Vaqifin martı


 

Novruzsuz kompozisiya ...

... Vaqifin martı Vaqif Mustafazadənin “Mart” kompozisiyası.

Adını “Mart” qoyub adını, amma bu ölməz parçada Novruz yoxdur.

Novruzsuz Mart olarmı heç?

Yəqin siz də hiss etmirsiz burada Novruzu.

Doğrudur, Baharın havası var, əriyən qarların səsi gəlir, bəlkə yağış damcılarının səsidir, bilmirəm… ancaq qəribə, dərin bir nisgil var…

Bəlkə mən nəyisə görə bilmirəm…

Vaqifin özünün hiss etdiyi, amma dilləndirməyə ehtiyat etdiyi başqa bir şey var sanki...

Boz aydır, cığaldır, cırnadıb çəkiləcək, təslim olacaq.

Sonra qan qaynayacaq, çağlayan tüğyan edəcək, Novruz gələcək.

Ancaq Vaqif bunu görmür sanki, o daha uzaqlardadır hələ…

Niyə?

Bunu çözə bilmirəm...

Fatalist olub bəlkə Vaqif?

 





16.03.2025    çap et  çap et