Vaxt.Az

Trampın imtina edə bilməyəcəyi təklif


 

Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”

Trampın imtina edə bilməyəcəyi təklif Avstraliyanın Ticarət və Turizm Naziri Don Farrell deyib ki, Kanberra hökuməti ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumlar səbəbindən “prezident Donald Trampa imtina edə bilməyəcəyi bir təklif verməlidir”.

Farrell, “Sky News Australia”ya ABŞ-ın Avstraliyanın bütün polad və alüminium idxalına rüsumları rəsmi olaraq 25 faizə qədər artırması ilə bağlı qərarından danışıb.

ABŞ-ın bütün ölkələrlə ticarət müqavilələrini nəzərdən keçirdiyini bildirən Farrell, bu qərarın təkcə Avstraliya üçün deyil, bütün ölkələr üçün keçərli olduğunu bildirib.

Farrell bildirib ki, ilk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır və buna uyğun olaraq ABŞ prezidenti Donald Trampa “imtina edə bilməyəcəyi təklif” təqdim edilməlidir.

Farrell, ABŞ hökumətinin nə edəcəyini şərh edə bilməyəcəyini deyib: “Düzünü desəm, şübhələnirəm ki, onlar (nə edəcəklərini) belə bilmirlər”.

Farrell, önümüzdəki həftələrdə danışıqlarda “Avstraliya istehsalçıları üçün ən yaxşı nəticə əldə etmək” məqsədilə çalışdığını deyib və Kanberra hökumətinin Yaxın Şərq və Asiyaya ixracı artıraraq ticarət əlaqələrini diversifikasiya etməyə çalışdığını izah edib.

Farell, ABŞ-ın ticarət naziri Hovard Lutnik ilə görüşünün mənfi olmadığını deyib: “Lakin o (Lutnik) danışıqların növbəti mərhələsində nələrin baş verə biləcəyi ilə bağlı heç bir təminat vermədi”.

Trampın polad və alüminium idxalına tətbiq etdiyi 25 faizlik rüsum martın 12-dən qüvvəyə minib.

 





16.03.2025    çap et  çap et