“Baş verənlər sadəcə bir müharibə və ya işğal deyil. Bundan qat-qat artıqdır və bu, özlüyündə əhəmiyyətli bir vəziyyətdir. Təhlükədə olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən prinsiplərə əsaslanan çoxtərəfli nizamdır”, – deyən Sançes sistemin qorunmasının vacibliyini əlavə edib.
Ukraynada “ədalətli və davamlı” sülhü hədəflədiklərini bildirən İspaniya lideri, “Sülh təcili ehtiyacdır, lakin bu, təcavüzkarı mükafatlandırmaq hesabına əldə edilməməlidir. Əks halda, gələcəkdə daha ciddi hücumlara yol açılacaq”, – deyib.
Sançes onu da açıqlayıb ki, Ukrayna Avropa Birliyinə (AB) qoşulmaq istəyirsə, Rusiya bu istəyə hörmət etməlidir.
Lakin Avropa ölkələrinin fərqli təhlükəsizlik reallıqları ilə üzləşdiyini etiraf edən Sançes deyib: “Avropanın şərqindəki müdafiə təhdidləri ilə İspaniyadakı təhlükəsizlik təhdidləri tamamilə fərqlidir”.
Buna baxmayaraq, İspaniyanın təhdid altında olan ölkələrə dəstək verəcəyini bildirən Baş nazir, “Baltikyanı ölkələr və ya Finlandiya kimi bəzi şimal ölkələri ilə müqayisədə biz Rusiyadan fiziki hücum riski daşımırıq. Lakin onların bizim həmrəyliyimizə ehtiyacı var və Rusiyanı qarşısını almaq üçün təhlükəsizlik imkanlarımızı birlikdə artırmağımızı tələb edirlər”, – deyib.
Sançes vurğuladı ki, İspaniya həm “maraq”, həm də “inam” əsasında Avropayönlü öhdəliyini davam etdirəcək.