Vaxt.Az
«Mənə zəng etməyin!»
Nazir hirsini jurnalistdən çıxdı: «İşiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz?»
Xəbər verildiyi kimi, Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar qəbul edib.
Qərarda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünü
maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus «BakuBus»
Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması nəzərdə tutulur.
Publika.Az məsələ ilə bağlı
Nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. O, sualı çox əsəbi qarşılayıb: «Sizin
işiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz? Mənə zəng etməyin».
14.04.2014 çap et