Türkiyəni sammitdə xarici işlər naziri Hakan Fidan təmsil edir. ŞKTC (Şimali Kipr Türk Cümhuriyyəti) prezidenti Ersin Tatar Kipr türk tərəfinin bərabər suverenliyi tanıyaraq iki dövlətli həll tələbindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Qarant ölkələrdən olan Böyük Britaniyanı sammitdə Şimali Amerika və Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi təmsil edir.
Türkiyə zirvədən yeni bir prosesin başlamasını gözləmir. Xarici İşlər Nazirliyinin mənbələri “görüş” adlandırdıqları qeyri-rəsmi toplantının heç bir halda “keçmiş danışıqlar proseslərinin davamı və ya yeni danışıqlar prosesinin başlanğıcı”, – olmadığını vurğulayıb.