«Son günlər Rusiyadan Azərbaycana edilən informasiya müharibəsində əsas məqsəd Azərbaycana hədə-qorxu gəlmək, onu tutduğu düzgün yoldan çəkindirməkdən ibarətdir. Amma bu cür mənasız, heç bir şeyə əsaslanmayan bəyanatlarla nəyəsə nail olmaq mümkün deyil. Ona görə də Azərbaycan öz tutduğu mövqeni və siyasətini davam etdirəcək. Bu gün «Rusiya bizə şimaldan, yerdən, göydən hücum edəcək» kimi fikirlərin hamısı boş-boş şeylərdir. Rusiya bu dəqiqə dəhşətli təhlükə qarşısındadır. Ona görə ki, bütün dünya birləşib Rusiyanı çökdürmək istəyir. Mən əminəm ki, Azərbaycanda yayılan bu xəbərlərin hamısı Rusiyanın xüsusi xidmət orqanlarının informasiya manipulyasiyasıdır. Bunlara fikir verməyə dəyməz».
Politoloq Azərbaycanın daxilində
fəaliyyət göstərən «beşinci kolon»a artıq əmrin gəldiyini söyləyib: «Artıq bütün
ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü «beşinci kolon» var. Bu beşinci
kolon Rusiya tərəfindən idarə olunur. Beşinci kolon öz vətəndaşlarımızdan
təşkil olunub. Hamısı azərbaycanlılardır. Əmr gələnə qədər onlar öz işləri ilə
məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Hər biri öz işi
ilə məşğuldurlar. Əmr gələndə hamısı baş qaldıracaq. İndi əmr gəlib ki,
Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya
zərbə vura bilər. Bunun hamısı göz qabağındadır. Mən tam əminəm ki,
Azərbaycanda artıq güclü Milli Təhlükəsizlik Nazirliyi var. Bunların fəaliyyəti
nəzarət altındadır. Lazım olanda bunlar üçün tədbir görüləcək».
Qeyd edək ki, «beşinci kolon» ayrı-ayrı dövrlərdə güclü dövlətlərin öz maraqlarını təmin etmək üçün kiçik dövlətlərin içərisində (hökumət qurumlarında, müxalifətdə, QHT-lərdə və sairə) formalaşdırdığı qruplardır.