Vaxt.Az

Amerika Husi liderlərini öldürür...


 

“Ölkəmizə və günahsız insanlara əzab gətirdi”

Amerika Husi liderlərini öldürür... ABŞ rəsmiləri husilər Qırmızı dənizdəki gəmilərə hücumlarını dayandırana qədər Yəmənə daha çox hücum edəcəyini vəd edib və onları dəstəklədiyini söylədiyi İrana qarşı tədbir görəcəkləri ilə hədələyiblər. AFP-nin məlumatına görə, dünən ABŞ Yəməndə həyata keçirdiyi hücumlarda “çoxlu sayda” husi liderinin öldürüldüyünü, İranın dəstəklədiyi qrup isə uşaqların da olduğu 31 nəfərin öldüyünü iddia edib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Valtz çərşənbə günü ABC telekanalına bildirib ki, ABŞ-ın zərbələri nəticəsində Yəməndə xeyli sayda Husi liderlərinin öldürülüb. Vals İrana xəbərdarlıq edib ki, qruplaşmaya dəstəyi və Qırmızı dənizdəki gəmilərə hücumlarını dayandırsın.

Yəməndəki Husi ordusunun sözçüsü çərşənbə günü axşam bildirib ki, qrup ABŞ-ın hücumlarına cavab olaraq ABŞ-ın Harri Truman təyyarədaşıyanı və döyüş gəmilərini ballistik raketlər və dronlarla hədəf alıb. “Reuters”in sitat gətirdiyi bəyanatda Husi qüvvələrinin Qırmızı dəniz və Ərəbistan dənizindəki bütün ABŞ döyüş gəmilərini hədəfə almaqdan çəkinməyəcəyi bildirilib.

Yəmənin xarici işlər nazirinin müavini Mustafa Numan təşkilatın dünya ilə qarşıdurmalara girə biləcəyi ilə bağlı həddindən artıq irəli getdiyini bildirib və “Təşkilat ölkəmizə və günahsız insanlara əzab gətirdi”, – deyib.

 





17.03.2025    çap et  çap et