«Axar.az»ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin üzərində AKS-7 və 62 tipli avtomat və tapançalar tapılıb. Verilən ilkin məlumata görə, sozügedən təxribatçı qrup silah əldə etmək üçün Odessa şəhərində yerləşən hərbi bazaya hücum etməyi planlaşdırıbmış. Bundan başqa, onlar şəhərdə hərbi məsələlərdə böyük təcrübəyə malik 100-ə yaxın şəxsi qarşıdurmalara təhrik etməyə çalışıblar. Ukrayna təhlükəsizlik orqanlarının açıqladığı məlumatda həmin şəxslərin sosialyönümlü təxribatlar törətmək istədikləri də məlum olub. Qeyd olunur ki, təxribatçılar Odessa vilayəti inzibatı binasında xüsusi partlayışlar da nəzərdə tutublarmış.
Xatırladaq ki, istintaq sirri olduğundan, Ukraynanın müvafiq strukturları həmin şəxslərin adını açıqlamayıb. Hazırda onlar izahat verirlər. Sadəcə, tutulanların Rusiya xətti ilə fəaliyyət göstərdiyi dəqiqləşdirilib.