Vaxt.Az

Yerə qayıdırlar


 

ABŞ astronavtlarının 9 aydan sonra planetə dönüşləri canlı yayımlanacaq

Yerə qayıdırlar Amerikalı astronavtlar Butç Uilmor və Sani Uillyams Beynəlxalq Kosmik Stansiyada (BKS) doqquz aydan çox qapalı vəziyyətdə qaldıqdan sonra Yerə qayıdırlar. NASA, iki astronavtı sabah axşam “SpaceX Crew Dragon” vasitəsi ilə geri gətirəcəyini açıqladı.

NASA astronavtlar üçün planlaşdırılan eniş vaxtını yeniləyərək, onların sabah axşam saat 23:57-də Florida sahillərində dənizə enəcəklərini açıqlayıb. Daha əvvəl çərşənbə gününə planlaşdırılan eniş daha uyğun hava şəraiti ilə əlaqədar olaraq irəli çəkilib.

Uilmor və Uilyamsı NASA astronavtı Nik Heyq və Roskosmos kosmonavtı Aleksandr Qorbunov müşayiət edəcək. Kapsul qapaqlarının bağlanmağa başlayacağı bu axşamdan etibarən dönüş səfəri canlı yayımlanacaq.

 





17.03.2025    çap et  çap et