Çin istehsalçıları dünyanın ən böyük avtomobil bazarı olan Çində daxili tələbatın azalmasından sonra Avropada ucuz avtomobillərinin satışını artırmaq üçün regionda istehsal və yığma zavodları açmağı düşünürlər.
Çinin elektrik avtomobil istehsalçısı BYD Avropadakı üçüncü yığma zavodunu Almaniyada tikməyi düşünür.
“Reuters”ə məsələ ilə bağlı məlumatlı mənbədən aldığı məlumata görə, Çin şirkətlər həmçinin ötən il Avropa Birliyinin (AB) Çin istehsalı olan elektrik avtomobillərinə tətbiq etdiyi tariflərdən yayınmaq istəyir.
BYD hazırda Macarıstan və Türkiyədə zavodlar tikir.
çap et