Livitt jurnalistin Avropa Parlamentinin fransalı deputatının ABŞ-ı tənqid etməsi ilə bağlı sualına cavab verib.
Fransız üzvün ABŞ-ın Azadlıq Heykəlinin təmsil etdiyi dəyərlərə artıq riayət etməməsi ilə bağlı tənqidinə sərt cavab verən Livitt, "Anonim, aşağı səviyyəli fransız siyasətçisinə xatırlatmaq istərdim ki, əgər fransızlar alman dilini bilmirsə, bunun səbəbi ABŞ-dır. Onlar minnətdar olmalıdırlar", – dedi.
Livitt bu sözləri ilə İkinci Dünya Müharibəsində ABŞ-ın dəstəyi ilə Fransanın nasistlərdən azad edilməsini nəzərdə tuturdu.
Fransanın azad edilməsinə yol açan Normandiya desantları 1944-cü ildə baş tutub və əməliyyatda fransız, ingilis və kanadalı əsgərlərlə yanaşı, ABŞ əsgərləri də iştirak edib.