Vaxt.Az

Tonlarla neft sızdı


 

Norveçdə transformator stansiyasında təxribat şübhəsi

Tonlarla neft sızdı Norveçin milli elektrik şəbəkəsi operatoru “Statnett” hesab edir ki, istifadəsiz elektrik transformator stansiyasından təxminən 60 min ton neft sızıb.

Bazar günü Norveçin paytaxtı Oslo yaxınlığındakı transformator stansiyasının sındırılmasından sonra təxminən 60 min ton neft sızıb. Norveç polisi Baerum bələdiyyəsindəki istifadəsiz elektrik transformator stansiyasında oğurluq faktını araşdırdıqlarını bildirib.

Binanı əhatə edən hasarın bir hissəsi kəsilib və transformatorun altındakı qapaq çıxarılaraq açıq qalıb. Milli elektrik şəbəkəsi operatoru “Statnett” hadisənin qəsdən törədilmiş təxribat aktı olduğuna inanır.

“Statnett” Layihə Meneceri Tomas Fennefoss, “Görünür, kimsə içəri girib transformatorun qapağını qoparıb və açıq qoyub, bu da xeyli miqdarda neftin tökülməsinə səbəb olub”, – deyib.

Lakin polis rəsmiləri açıqlamasında bildiriblər ki, hazırda bunu təsdiq edəcək konkret sübut yoxdur.

Ətraf mühitə zərərli olan neft stansiyanın yaxınlığındakı Sandvikselva çayına çatıb. Neftin bir hissəsi yerin altına sızdı.

Baerum Bələdiyyəsinin Kommunikasiyalar üzrə Meneceri Riçard Konqsteyen bildirib ki, ətraf mühitə təsirin minimuma endirilməsi üçün işlər davam etdirilir. Dağılmanın qarşısını almaq və təmizləmək üçün neft uduculardan istifadə edilir.

 





18.03.2025    çap et  çap et