Vaxt.Az

Dəniz sahilində ağ köpük xəbərdarlığı


 

Avstraliyada balıqlar ölür, çimərliklər bağlanır

Dəniz sahilində ağ köpük xəbərdarlığı Avstraliyanın cənub əyalətinin sahillərində ağ rəngli köpüklər meydana gəlib. Onlarla balığın öldüyü hadisədən sonra ərazidəki sörfçülərin də xəstələndiyi bildirilib. Bölgədəki 2 çimərliyin istifadəyə bağlandığı bildirilib.

Cənubi Avstraliyanın Adelaide çimərliklərində Su ilə təmasda olan sörfçülərin gözlərinin yanmasından, boğaz ağrısından və öskürəkdən şikayətləndiyi, hadisədən sonra ərazidəki iki çimərliyin istifadəyə bağlandığı bildirilib.

Cənubi Avstraliya Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmisi Sam Qaylard, bu hadisənin qeyri-adi hava şəraitinin gətirib çıxardığı mikroyosun çiçəklənməsinin səbəb ola biləcəyi ehtimalını qiymətləndirdiklərini deyib. “Hava şəraitinin uyğun olduğu ilin bu vaxtında təcrid olunmuş mikro yosunların zaman-zaman çiçəkləndiyini görürük, lakin bu, əlbəttə ki, böyük bir hadisədir”.

 





18.03.2025    çap et  çap et