Hadisə komanda yoldaşlarının bunu sonradan fərq etməsi ilə üzə çıxıb və təyyarə Yunanıstan hava məkanından geri çevrilərək İzmir Adnan Menderes hava limanına məcburi eniş edib.
Təyyarə təcili eniş edərkən heyət baqaj bölməsini açıb və Ali Çelikteni az qala donmuş vəziyyətdə görüblər. Dərhal müdaxilə edən tibb qrupları soyuqdan təsirlənən işçini həyata qaytarıb.
Çelikten sosial mediada paylaşdığı açıqlamada, “Xaricə getmək fikrim var, amma bu şəkildə deyil. Mən təyyarədə unuduldum. Bu vəziyyətdə mənim şanslığım telefonumun şarjda olması idi. Gecə növbəsindən təzə çıxdığıma görə, telefonumun enerjisi bitmişdi. Bütün gecə telefonum yanımda olduğu üçün bədənimin istiliyindən onun batareyası tez boşaldı. O vəziyyətdə mənim əlacsızlığımı təsəvvür edirsiniz?”