Vaxt.Az

450 nəfərlə zəbt


 

Polis aylarla davam edən işğaldan sonra miqrantları Paris teatrından çıxarmağa başlayır

450 nəfərlə zəbt Fransa polisi Parisin mərkəzindəki “Gaite Lyrique” Teatrını üç aydan artıqdır ki, zəbt edən 400-dən çox miqrantı qovmağa başlayıb.

Polis yüzlərlə nümayişçinin qovulmasına etiraz etmək üçün toplaşdığı teatrda səhər saat 6-da əməliyyata başlayıb.

AFP xəbər verir ki, Parisdə üç ay ərzində zəbt edilən “Gaite Lyrique” Teatrının boşaldılması əmri ilə bağlı çevik qüvvət polisi ilə 450 gənc miqrant arasında gərginlik yaranıb.

***

Dekabrın 10-da “Gaite Lyrique” Teatrının bir qrup köçkün tərəfindən ələ keçirilməsi Fransada sosial böhranların idarə olunması ilə bağlı çoxsaylı suallar doğurub.

“Reuters” agentliyinin xəbərinə görə, teatrın miqrantlar tərəfindən işğalı teatrda “Fransada qaçqınların yenidən qarşılanması” adlı konfransın keçirilməsi ilə başlayıb. Tədbirdə iştirak etmək üçün gələn təxminən 250 miqrant, qışın gəlişi ilə sığınacaq ehtiyacları səbəbindən konfrans bitdikdən sonra qalmağa qərar verdilər.

Teatr komediya səhnəsi olsa da, 450 afrikalı mühacirin yaşamaq uğrunda günlərlə faciəvi dram yaşanıb. Bu isə həyat ironiyası idi. Daha sonra qrupa daha 50-yə yaxın şəxs qoşulmaqla mühacirlərin sayı getdikcə artdı.

Teatr rəhbərliyi bundan sonra bütün bədii tamaşaları ləğv etməli oldu.

 





18.03.2025    çap et  çap et