Bu torba ən doğma adamların qapısına atılardı. Onların arasına bayram payı qoyulardı. Çox vaxt atılan dəsmal yaxud torba boş qalmazdı. Bu adət folklorda Lənkəran bölgəsində “dəsmalatdı”, Qarabağ bölgəsində “torba”, Salyan-Neftçala bölgəsində “Qurşaqatdı” kimi qalıb.
Qədimdə, eləcədə Sovet hökuməti qurulana qədər Papaq yalnız o qapıya atılırdı ki, o qapıda yaşı 18-i keçən və ailə həyatına hazır olan qızlar yaşayırdı. Özü də hər qapıya papaq atılmazdı. O dövrdə qızlar öz məhəllələrində bir evə toplanardılar, müxtəlif adətləri icra edirdilər və eyni zamanda niyyət tuturdular.
Ailə qurmaq istəyən oğlanlar papaq atırdılar qızların yığışdığı yerə və gələcək həyat yoldaşlarını seçirdilər. Çünki papaq atılan zaman onun içinə bayram payı qoyduqdan sonra oğlanlar evə dəvət edilirdi, süfrə salınırdı və həmin süfrə başında oğlanlar gələcək həyat yoldaşların seçir və öz ailələrinə hansı qızla evlənmək istədiklərin deyirdilər.
Papaq atan gənc də qızın ailəsinə mən bu ailəni namusum bilib onları qoruyacam işarəsini verirdi.
Həmin papaq da toy günü, qız bəyin evinə aparılanda onun başına qoyulurdu və kişilərin bellərinə bağladığı qurşaq bağlanırdı. Gəlinin başına papaq ona görə qoyurlar ki, oğlan evinə gedəndən sonra oğlan – başıpapaqlı – doğsun və qurşaq bağlamaqdan məqsəd budur ki, biz qızı göndərdik oğlan evinə bir (bağlı), qurşaq kimi.