ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aylarla kosmosda qapalı qalan Butç Uilmor və Sani Uillyamsın enişini canlı yayımlayıb.
BKS-də qapalı qalan astronavtları müşayiət edən NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov təxminən 17 saat davam edən səyahətdən sonra uğurla Yerə enib.
Astronavtlar yerli vaxtla saat 17:57 radələrində Florida sahillərinə eniblər.
Uillyams və Uilmor 5 iyun 2024-cü ildə “Boeing”in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.
Lakin “Starliner”də yaranan texniki problem səbəbindən iki astronavtın qayıdış tarixi təxirə salındı və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
***
Təxminən 9 aydır BKS-də qapalı qalan 2 astronavtı əvəz edəcək yeni ekipaj “Space X”in Dragon kapsulu ilə martın 16-da BKS-ə gəlib.
ABŞ, Yaponiya və Rusiyadan olan üzvlərdən ibarət “Crew-10” komandası bir neçə gün ərzində Uilmor və Uillyamsdan BKS haqqında təlim almışdı.
“Crew-10” komandasına missiya komandiri Enn Makkleyn və NASA-dan missiya pilotu Nikol Ayers, həmçinin Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Takuya Onishi və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Kirill Peskov daxildir.