Vaxt.Az

Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?


 

“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”

Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır? Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrdə minlərlə gəncin iştirak etdiyi Orta Asiyada riyaziyyat üzrə yarışlar sürətlə inkişaf edir.

Bölgənin qürurlu riyaziyyat tarixi var.

“Cəbrin atası” kimi tanınan 9-cu əsrin alimi Xarəzmi müasir Özbəkistanın Xivə şəhərində anadan olub.

Bu mövzu SSRİ-nin regionda dominantlığı dövründə də mühüm əhəmiyyət kəsb edirdi. Çünki soyuq müharibənin silahlanma və kosmos yarışı zamanı riyaziyyat strateji bir sərvət kimi görünürdü.

Mərkəzi Asiya ölkələri uzun müddət elmi və texnoloji fənlərə, o cümlədən riyaziyyata xüsusi diqqət yetirsələr də, hazırda beynəlxalq reytinqlərdə fərqlənmirlər.

Əslində, Qazaxıstan regionda yeganə ölkədir ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) ardıcıl olaraq ilk 30 ölkə arasında yer alır.

Bu, Orta Asiyada riyaziyyat yarışlarının, o cümlədən Türkmənistanda Universitet tələbələri üçün Açıq Riyaziyyat Olimpiadası və Qazaxıstanda Beynəlxalq Jautıkov Olimpiadasının artması ilə dəyişmək üzrə ola bilər.

Ötən il Özbəkistanın Nordic Beynəlxalq Universitetində Daşkənd Beynəlxalq Riyaziyyat Olimpiadasına (TASİMO) start verilib.

Universitetin rektoru Şirzad Mustafaqulov hesab edir ki, belə müsabiqələr regionun iqtisadi inkişafı üçün xeyirli olacaq.

“Olimpiadalar, xüsusilə riyazi oyunlar, ilk növbədə, insan kapitalının keyfiyyətini yüksəltməklə sosial-iqtisadi inkişafa təkan verir”, – Mustafaqulov bildirib.

Tədqiqatlar göstərir ki, bu fənn müsabiqələrində iştirak və gələcək karyera uğurları arasında güclü əlaqə var.

Nyu-Yorkdakı Sent Cons Universiteti və Helsinki Universiteti tərəfindən 11 il ərzində 1093 tələbəni izləyən araşdırma göstərib ki, əlverişli ev mühiti və şəxsi motivasiya ilə yanaşı, ixtisaslaşdırılmış proqramlar və müsabiqələr elmi sahələrdə uzunmüddətli iştirakın təşviqində mühüm rol oynayır.

 





18.03.2025    çap et  çap et