Bunu Tramp paytaxt Vaşinqtonda Con Kennedi adına Sənət Mərkəzini ziyarət edərkən deyib.
Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Kennedinin qətli ilə bağlı bütün sənədlər açıqlanacaq. İnsanlar bunu on illərdir gözləyir. Təxminən 80 min səhifəlik sənəddir. Siz onları oxuyub, qiymətləndirmənizi edəcəksiniz”.
Qeyd edək ki, bu il yanvarın 23-də Tramp keçmiş prezident Kennedi və hüquq müdafiəçisi Martin Lüter Kinqin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.