Vaxt.Az

Qiyama cəhd ittihamı


 

Jurnalist İsmayıl Saymaz “Gezi parkı” istintaqı ilə bağlı həbs olunub

Qiyama cəhd ittihamı Jurnalist İsmayıl Saymaz “Türkiyə Cümhuriyyətində hökumət çevrilişinə cəhdə kömək etmək” ittihamı ilə “Gezi Parkı” hadisələrilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsmayıl Saymazın Taksimdə “Gəzi Parkı” mərkəzli hadisələrdə iştirakına görə istintaqa başlayıb.

İstintaqda “Gezi Parkı” mühakiməsi üzrə mühakimə olunan məhkum Osman Qavala ilə Saymazın öz internet saytının və qurmağı planlaşdırdığı və televiziya kanalının hazırlanmasındakı rolu ilə bağlı söhbətləri müəyyən edilib.

İstintaqda Saymazın “Gezi Parkı” hadisələri zamanı Can Atalay, Çiğdem Mater Utku, Ayşe Mücəlla Yapıcı və Osman Qavala ilə yaxın əlaqədə olduğu, şübhəlinin sosial media hesablarında “Gəzi Parkı” hadisələri ilə bağlı çoxlu paylaşımlar etdiyi müəyyən edilib.

İstintaqda şübhəlinin qiyam hadisələrini Türkiyəyə yaymağa çalışdığı, “Gezi parkı” haidəslərində fəal rol aldığı və sosial mediada həqiqətə uyğun olmayan məlumatlar verərək vətəndaşları hüquq-mühafizə orqanlarına qarşı təhrik etməyə çalışdığı anlaşılıb.

Prokurorluq Saymaz haqqında “Türkiyə Cümhuriyyətinə qarşı qiyam cəhdinə köməklik etmək” ittihamı ilə həbs qərarı çıxarıb.

Qərardan sonra Saymazın polislər tərəfindən həbs olunduğu öyrənilib.

 





19.03.2025    çap et  çap et