İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və 100-dən çox adam haqqında çıxarılan həbs qərarının ardından İstanbul birjası – “BIST 100 indeksi” günə 741,75 bal və yüzdə 6,87 azalışla 10.060,48 bəndlə başlayıb.
Birjada əməliyyatlar dayandırıldı
İndeksin kəskin enişindən sonra 09:55-də elektrik açarı sistemi işə salınıb və əməliyyatlar müvəqqəti dayandırılıb. Bank indeksi 7,02 faiz, holdinq indeksi isə 6,69 faiz dəyər itirib. Bütün sektor indeksləri azalsa da, ən çox itki 7,56 faizlə rabitədə oldu.
Dünən ağır satış trendinin ardından İstanbul birjası günü yüzdə 0,55 dəyər itirərək 10.802,23 bəndlə bağlanmışdı.
***
Elektrik açarı birjada ani və həddindən artıq qiymət dalğalanmaları zamanı ticarəti müvəqqəti dayandıran təcili tədbirdir. Bu mexanizm investorları çaxnaşma satışından qorumaqla bazarda sabitliyi təmin etmək məqsədi daşıyır.
Müəyyən qiymət dəyişmə hədlərinə çatdıqda avtomatik açarlar işə salınır. Məsələn, İstanbul birjası – “BIST 100 indeksi” yüzdə 5 və ya yüzdə 7 qəfil enişlə qarşılaşdıqda, elektrik açarı tətbiq olunur.