Vaxt.Az

«Baş nazir təhlükədədir»


 

Mövlud Çavuşoğlu: «Paralel dövlət Türkiyə Hakimlər və Prokurorlar qrupunu ələ keçirib»

«Baş nazir təhlükədədir» Türkiyənin Avropa Birliyi naziri Mövlud Çavuşoğlu isə aprelin 14-də mediaya açıqlama verərkən baş nazir Rəcəb Tayyib Ərdoğanın özünü təhlükədə hiss etdiyini deyib. Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Ana Yasa Məhkəməsinin verdiyi «yanlış qərarla» paralel dövlət Türkiyə Hakimlər və Prokurorlar qrupunu ələ keçirib.

Diplomatiya Müxbirləri Dərnəyinin üzvləri ilə görüşən Çavuşoğlunun sözlərinə görə, bu durumun dəyişdirilməsi üçün AKP hökuməti ciddi addımlara hazırlaşır. Qəzetçiləri korrupsiya ilə bağlı suallarına cavab verən Çavuşoğlu deyib ki, keçmiş nazir oğullarının məhkəməsi hələ davam edir: «Yəqin ki yaxın zamanlarda məhkəmələr bu haqda qərar verəcək. İnşallah ağıllanarlar. Mən bu sözləri məhkəməyə təsir etmək üçün deyil, ümid etdiyim üçün söyləyirəm. Amma bütün hallarda onlara qarşı irəli sürülən ittihamlar mənə inandırıcı gəlmir».

Çavuşoğlu paralel dövlətlə korrupsiya ittihamlarının bir-birindən ayrılmasına ehtiyac olduğunu da deyib: «Bu gün Türkiyədə hər kəs öz kölgəsindən qorxur. Heç kəs evində, ofisində özünü təhlükəsizlikdə hiss etmir. Baş nazirimiz də özünü təhlükəsizlikdə hiss etmir və bunu açıq dilə gətirir». (musavat.com)

 





14.04.2014    çap et  çap et