Vaxt.Az

Fransada zəlzələ


 

Nitsada 4.1 bal gücündə təkanlar qeydə alınıb

Fransada zəlzələ Bu gün Fransanın cənubundakı Nitsa şəhəri gücə saatlarında 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Fransanı həyəcanlandıran açıqlamadan sonra ölkə mətbuatı seysmik risklər hələ də yüksək olan ərazilər açıqlayıb.

***

Fransa böyük, dağıdıcı zəlzələlər üçün aşağı riskli ölkə olsa da, bəzi bölgələr seysmik aktivliyə daha çox meyllidir. Fransa hökuməti 2011-ci ildə qüvvəyə minmiş seysmik xəritələmə sistemi ilə ölkənin zəlzələyə meyilli ərazilərini müəyyən edib.

Aşağı Riskli Bölgələr: Brittani, Normandiya və Mərkəz - Luara vadisi (Cent-Val de Loire)

Orta Riskli Regionlar: Luara torpaqları (Vandeya, Luar-Atlantik, Men və Luara), Yeni Akvitaniya (Dö-Sevr, Şaranta, Vyana)

Daha yüksək riskli ərazilər: Alp və Pireney bölgələri və şərq zolağı (Aşağı Reyn, Buş-dü-Ron) Lacivərd sahil, Nitsa və onun ətrafında orta seysmik risk var.

***

Milli Seysmik Monitorinq Şəbəkəsinin (Réseau National de Surveillance Sismique) məlumatına görə, Fransada hər il əksəriyyəti 3.0 bal gücündə olan 100-dən çox zəlzələ baş verir. Bunlardan təxminən 20-si 3,5 baldan yuxarıdır.

Fransa Yaponiya və ya Çili kimi tez-tez dağıdıcı zəlzələlər yaşayan bir ölkə olmasa da, keçmişdə bəzi böyük zəlzələlər baş verib.

2019 Ardèche Zəlzələsi: Le Teil kəndində 5,4 bal gücündə zəlzələ baş verdi və bir çox binaya ziyan dəymişdi.

2023-cü ildə Fransanın qərbində 5,3-5,8 bal gücündə zəlzələ qeydə alınmışdı.

***

Fransanın iki xarici bölgəsi olan Qvadelupa və Martinik böyük seysmik risk altındadır. Bu adalar Karib dənizi, Şimali Amerika və Cənubi Amerika plitələrinin kəsişməsində yerləşir və tez-tez şiddətli zəlzələlərə məruz qalır.

Fransada zəlzələ riski aşağı olsa da, xüsusilə yüksək riskli ərazilərdə tikinti təhlükəsizliyi və zəlzələ xəbərdarlığı böyük əhəmiyyət kəsb edir.

 





19.03.2025    çap et  çap et