Vaxt.Az

Bir neçə saatda 9 milyard dollar satılıb


 

Qızılın qiymətində rekord dalınca rekord

Bir neçə saatda 9 milyard dollar satılıb Türkiyə Cümhuriyyəti Mərkəz Bankı (TCMB) rəsmisi son hadisələrlə bağlı mediaya məlumat verib.

“Bloomberg”ə danışan TCMB səlahiyyətlisi, Mərkəzi Bankın lazım gəldikdə volatilliyə qarşı müdaxilə etdiyini bildirib.

TCMB-nin valyuta bazarındakı hadisələri yaxından izlədiyini bildirən səlahiyyətli, bankların valyuta satış məbləğinin 8-9 milyard dollar arasında olduğunu bildirib.

***

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və 100-dən çox adam haqqında həbs qərarı çıxarıldıqdan sonra qram qızılın qiyməti hər saatda rekord yeniləyir.

Son qiymətlərə görə qızılın qramının qiyməti təhlükəli həddi keçib.

Son dəqiqələrə olan məlumata görə qram qızılın qiyməti 4 min lirədən baha satılır.

 





19.03.2025    çap et  çap et