Başda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olmaqla bir çox İBB idarəçisinin saxlanmasına ölkə daxilində reaksiyalar artır. Həbslərə qarşı ilk kütləvi etiraz İzmirdən gəldi.
Aksiya CHP-nin İzmir rayon şöbəsinin qərargahı qarşısında baş verib. Binanın qarşısına toplaşan vətəndaşlar həbslərə etiraz ediblər.
***
Toplaşan kütlənin “Faşizmə qarşı çiyin-çiyinə” şüarı səsləndirdiyi görüntülənib.
İstanbulda da etirazlar başlayıb. Vətəndaşlar İmamoğlunun saxlanıldıqdan sonra aparıldığı İstanbul Polis İdarəsinin qarşısında qurulan baryerlərə məhəl qoymayıb.
***
Ankarada da CHP Ümumi Mərkəzinin qarşısına aksiya keçirilib. İBB qarşı əməliyyatına etiraz edən vətəndaşlar böyük bir izdiham meydana gətirib.
çap et