Vaxt.Az

Qatilin arvadı KQB agenti olub


 

Kennedi sənədlərində maraqlı məlumatlar

Qatilin arvadı KQB agenti olub ABŞ-da Kennedinin qətli ilə bağlı sənədlər arxivi tam açılıb. Arxivdə 80 min səhifə var. Həmin arxivdə, məsələn, aşağıdakılar haqqında məlumat var.

ABŞ-ın Avstraliyadakı səfirliyinə telefonla zəng edən şəxs SSRİ-nin səfirliyində şofer işləyən polyak olduğunu bildirərək "SSRİ hökumətinin Kennediyə qarşı sui-qəsdi maliyyələşdirdiyini" iddia edib;

SSRİ, qətl üçün 100 min dollar mükafat təyin edib;

Avstraliya hakimiyyəti zəng edən şəxsi "psixoloji baxımdan qeyri-sabit" hesab edib, amma onun şəxsiyyətini müəyyən edə bilməyib;

Buna baxmayaraq, 1968-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Avstraliya açılmasına qarşı çıxıblar.

ABŞ-ın 35-ci prezidenti Con F.Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində öldürülüb. Rəsmən müəyyən edilib ki, qətli keçmiş ABŞ dəniz piyadası Li Harvi Osvald törədib. O, hadisədən qısa müddət sonra həbs edilsə də, ifadə verə bilməyib, çünki iki gün sonra polis bölməsində gecə klubu sahibi Cek Rubi tərəfindən öldürülüb.

Li Harvi Osvaldın həyat yoldaşı Marina Osvald isə rus olub. O, 1941-ci ildə Sovet İttifaqında, Minsk şəhərində (indiki Belarus) anadan olub. Marina, Li Harvi Osvald ilə 1959-cu ildə Sovet İttifaqında olarkən tanış olub. Onlar 1961-ci ildə evləniblər və qısa müddət sonra Marina onunla birlikdə ABŞ-a köçüb. 1961-ci ildə ABŞ vətəndaşına ərə gedərək, ABŞ-a köcən Marinanın DTK (KGB) ilə əlaqələrinin olması şəksizdir.

 





19.03.2025    çap et  çap et