***
ABŞ və Husilər arasında son gərginliklərlə bağlı açıqlama verən Husilərin xarici işlər naziri Camal Amer terrorçuların hazırda ABŞ ilə müharibə vəziyyətində olduğunu ifadə edərək, "Biz ABŞ-la müharibə vəziyyətində olduğumuzu düşünürük. Bu o deməkdir ki, özümüzü bütün mümkün vasitələrlə müdafiə etmək haqqımız var. Ona görə də gərginliyin artması ehtimalı var", – deyib.
***
Qəzzada münaqişənin dayanmadığı müddətcə əməliyyatlarını azaltmayacaqlarını ifadə edən Camal Amer, "Qəzzada blokada qaldırılana qədər əməliyyatların azaldılmasından söhbət gedə bilməz. İran qərarlarımıza müdaxilə etmir. Zaman-zaman vasitəçilik edir, amma bizə hər şeyi diktə edə bilməz”, – deyib.
***
Husilərin xarici işlər naziri yalnız Qırmızı dənizdə İsrail gəmilərini hədəfə almaq niyyətində olduqlarını, lakin ABŞ-ın gərginliyi artırdığını və Husilərin özlərini müdafiə etmək hüququna malik olduqlarını bildirib.
***
Amer, "ABŞ İranı təhdid edir və Yəmənə zərbələr endirir. İndi bütün ssenarilər mümkündür. Onlar bizə nə edəcəklərsə, biz də cavab verəcəyik. Əgər bizi Trumandan (ABŞ təyyarədaşıyan gəmisi USS Harry S. Truman) vururlarsa, biz də Trumanı vurmaqla cavab verəcəyik”, – deyib.