Vaxt.Az

Proqnozlar yaxşı heç nə vəd eləmir


 

“JPMorgan” Türkiyənin il sonu inflyasiya proqnozunu yüksəldib

Proqnozlar yaxşı heç nə vəd eləmir “JPMorgan”, məzənnədəki sıçrayışı və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbs qərarından sonra qiymətləndirməsində inflyasiya gözləntilərini yuxarıya doğru dəyişib.

İlin sonuna inflyasiya proqnozu 27,2 faizdən 29,5 faizə qaldırılıb.

“JPMorgan” iqtisadçısı Fateh Ağçelik, Əkrəm İmamoğlunun saxlanılmasından sonra paylaşdığı hesabatda inflyasiya gözləntilərinə yenidən baxıb.

Qurum dezinflyasiya prosesinin daha yavaş bir templə davam edəcəyini və 2025-ci ilin sonu inflyasiya gözləntisini 27,2 faizdən 29,5 faizə, mart ayı inflyasiya gözləntisini isə 2,3 faizdən 3,2 faizə endirib.

Hesabatda Türkiyə Mərkəzi Bankının aprel ayından başlayaraq hər iclasında faiz dərəcələrini 150 baza bəndi azaldacağı proqnozlaşdırılıb və il sonu faiz dərəcəsi proqnozu 30 faizdən 35 faizə qaldırılıb.

Əcnəbilərin lirə ilə ticarət mövqelərinin 35 milyard dollar, Türkiyə dövlət istiqrazlarında xarici payların 19,6 milyard dollar, səhmlərdəki xarici payların isə yüzdə 37, 34,5 milyard dollar olduğu bildirilib.

 





19.03.2025    çap et  çap et