Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne polad və metal sənayesi üçün fəaliyyət planını təqdim edərkən, "Xüsusilə Asiyada həddindən artıq tədarük istehsalçılarımızın sifarişlərinə ağır zərbə vurub. Bu, bizim bir nömrəli prioritetimizdir: biz polad dəyirmanlarımızı haqsız xarici rəqabətdən qorumalıyıq”.
ABŞ Prezidenti Donald Trampın 25 faiz tarif qərarından sonra AB sektordakı oyunçuların ABŞ bazarına axın etməsindən narahatdır. 2018-ci ildə ilk Tramp administrasiyası ilə ticarət mübahisəsi zamanı AB polad idxalını məhdudlaşdırmaq üçün tədbirləri özündə əks etdirən bir fəaliyyət planı təqdim edib. Həmin vaxtdan bu plan bir neçə dəfə yenilənib.
Aprel ayından Avropa Komissiyası idxalın 15 faiz azalmasına nail olmaq üçün kvotaları artıracaq.
Komissiya həmçinin 2026-cı ildə başa çatacaq tədbirləri əvəz etmək üçün 2025-ci ilin üçüncü rübündə yeni bir tənzimləmə təqdim ediləcəyini açıqladı.
“Avropa polad sahəsində qlobal oyunçu olmalıdır, bura oyun meydançası deyil”, – Sejurne deyib.
AB həmçinin daxili bazarını qlobal oyunçuların haqsız rəqabətindən qorumaq üçün metal idxalı ilə bağlı yeni qayda tətbiq etməyi planlaşdırır.