Tutaq ki, İmamoğlu kimi itin-qurdun yanında olan xəyanət dağarcıqlarının xislətini hardasa anladıq, bəs özünü illərdən bəri “vətənsevər”, “türkçü”, “Turançı” kimi ictimai rəyə sırıyanlara nə gəlib? Belələrini reabilitasiya edib “dəbə mindirənlər” hara baxırlar? Zamanında deyəndə ki, Sorusun, NED-in, USAİD-in yal verdiklərini reabilitasiya etmək mümkün deyil, onlar hüceyrələrinə kimi “xəyanət” virusuna yoluxublar, ən iyrənc böhtanlarla, şər-şəbədə ilə əksini sübut etməyə çalışırdılar. İndi boylansınlar sosial şəbəkələrdəki mənzərəyə və korafəhim olduqlarının fərqinə varsınlar.
Adamlar, təxminən 1-2 ay, yaxud 5-10 gün öncə işğaldan azad etdiyimiz yurd yerlərimizdə, bəziləri isə elə öz uçuq evlərinin 5-10 addımlığında poz verib şəkil çəkdirirdilər, bu gün isə Ərdoğanı hədəfə alıblar. Leksikonumda olmayan sözləri yazmamağa çalışıram... Ayıbdır, vallah... Utanın, yerə girin. Elə işğaldan azad olunmuş evinizin həyətindəki yerə girsəniz, yetər...
Bu adamlar anlaya, yaxud qəbul edə bilmirlər ki, əgər torpaqlarımızı işğaldan azad etdiyimiz zaman kəsiyində hakimiyyətdə Ərdoğan deyil, İmamoğlu olsaydı, ən yaxşı halda gedib Makronun yanında dayanacaqdı...
Biz yaxşılığı, mərdliyi unutmayan millətin övladlarıyıq. Unudanlar isə bizdən deyil!
P.S. Bunu yazmaq vəfa borcum idi və yazdım...