Vaxt.Az

175 əsir azad olunub


 

Zelenski: “İki ölkə arasında etimad yarada bilər”

175 əsir azad olunub Rusiya və Ukrayna çərşənbə günü 175 məhbusu dəyişdiriblər. Sərbəst buraxılan əsgərlər bir çox bölgələrdə, o cümlədən Mariupolda, Azovstal polad zavodunda, Donetskdə, Luqanskda, Xersonda, Xarkovda, Nikolayvda, Zaporojyada, Sumidə və hətta Kurskda əsir götürülüb. İki ölkənin şimal sərhəddində sərbəst buraxılan məhbuslar Ukraynanın Çerniqov şəhərindəki xəstəxanada onları gözləyən ailə üzvləri ilə görüşüblər.

“Onların hamısı dərhal lazımi tibbi və psixoloji yardım alacaqlar”, – Zelenski “X” sosial media platformasında yazıb.

Ukrayna lideri hərbi əsirlərə, eləcə də onların azad edilməsinə şərait yaradan tərəfdaşlarına minnətdarlığını bildirib: “Biz həmçinin bugünkü mübadiləni mümkün etdiyinə görə bütün tərəfdaşlarımıza, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə minnətdarıq”.

Çərşənbə günü Rusiya daha ağır yaralanmış 22 məhbusu “xoşməramlı jest” olaraq azad edib. Zelenski bu məhbusların “mübadilədən kənar” fərqli danışıqlar prosesi ilə geri qaytarıldığını söyləyib.

Ukrayna lideri bildirib ki, bütün hərbi əsirlərin və əsir götürülən mülki şəxslərin azad edilməsi sülhə doğru mühüm addım olacaq və iki ölkə arasında etimad yarada bilər.

Mübadilə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə atəşkəs şərtlərini müzakirə etmək üçün telefon danışığından sonra baş verib. İki lider hələ də danışıqlar mərhələsində olan məhdud atəşkəs haqqında razılığa gəliblər.

 





20.03.2025    çap et  çap et