Kanada hökumətinin yüksək rütbəli rəsmisi “The Associated Press”ə bildirib ki, baş nazir Mark Karni müdafiə naziri Bill Bleyrə ABŞ-ın “F-35” qırıcıları almasını nəzərdən keçirmək və müdafiə avadanlığının idxalı üçün digər variantları nəzərdən keçirməyi tapşırıb.
Rəsmi qeyd edib ki, Kanadanın planına müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmaq məqsədi ilə AB ölkələrindən müdafiə avadanlığı almağı, eləcə də döyüş təyyarələrinin istehsalı daxildir.
Xarici işlər naziri Melani Coli “CBC News”a bildirib ki, onlar müdafiə avadanlığının tədarükü ilə bağlı birgə işləmək üçün AB ölkələri ilə danışıqlar aparırlar: “Mən bu tərəfdaşlığın bir parçası ola biləcəyimizə əmin olmaq üçün bir ay əvvəl Avropaya getmişdim. Biz yaxşı xəbərə doğru irəliləyirik”, – deyib.
“Müdafiə sənayesini burada, ölkə daxilində qurmaq lazımdır. Biz öz müdafiə sənayemiz üzərində işləməli və bütün dünyada fərqli tərəfdaşlar tapmalıyıq”, - Coli bildirib. qiymətləndirmə aparıb.
Baş nazir Karni daha əvvəl demişdi ki, Kanada müdafiə tədarüklərini diversifikasiya etməyi və AB ilə əlaqələrini yaxşılaşdırmağı hədəfləyir və yerli istehsalın vacibliyini vurğulayır.
Digər tərəfdən, İsveçin Saab şirkətinin təyyarə alqı-satqısı təklifində Saab Qripen döyüş təyyarələrinin yığılması və texniki xidmətinin Kanadada həyata keçiriləcəyi irəli sürülüb.
Kanadanın müdafiə naziri Bleyer martın 15-də bildirib ki, ölkəsi ABŞ-dan “F-35” döyüş təyyarələri almaq üçün imzaladığı 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantları axtara bilər.
İsveç istehsalı olan Saab Qripen döyüş təyyarələri İsveç, Çexiya, Macarıstan, Cənubi Afrika Respublikası, Braziliya və Tailand orduları tərəfindən istifadə olunur.
Müdafiə avadanlığının satın alınmasında şaxələndirmənin axtarıldığı Kanadada Baş nazir Karni 18 martda etdiyi açıqlamada Avstraliyadan 4,2 milyard dollarlıq radar sisteminin alınacağını açıqladı.